“Ləzzət” toyuğunun sinə ətini ət toxmağı ilə yaxşıca döyüb, ədviyyatlarla dadlandırıb, 1 saat gözlədin. Bu əsnada balaca kvadrat şəklində doğradığınız soğanları yağda qovurun. Biraz qovurduqdan sonra doğradığınız göbələkləri əlavə edib qovurmağa davam edin. Daha sonra uzun – uzun doğradığınız bibərləri də qarışığa əlavə edib bişirin.
Sonda cəfəri, yaşıl noxud və qarğıdalını da əlavə edib, ədviyyatlarla dadlandırıb bişirməyi sonlandırın. Hazırladığınız “Ləzzət” toyuğunun sinə ətinin içinə dolduraraq bükün. Dağılmasın deyə çöplərlə bərkidin. Üzərini yağlayıb əvvəlcədən 180 dərəcədə isidilmiş sobada üzəri qızarana kimi bişirin. Nuş olsun!