Yerli məhsulların istehsalına ciddi önəm verən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyət 2011 – ci ildə daha bir istehsal sahəsini – broyler toyuqlarının yetişdirilməsi və kəsimini yaradaraq “Ləzzət Broyler” MMC – ni təsis etdi.

“Ləzzət Broyler” MMC Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Mütəşəkkil istehsal prossesinə malik bu müasir müəssisədə “Ləzzət Broyler” markası altında mövcud bazar təlabatına uyğun olaraq toyuq əti tabaqda, toyuq əti poşetdə, sinə sümüklü, sinə sümüksüz, qanad, bütün bud sümüklü, bütün bud sümüksüz, bel tirəsi, kürək əti, doğranmış sinə əti, sinə əti şişdə, şorbalıq, mədəcik, ciyər ürək və qarışıq içalat kimi məhsullar istehsal edilir. Müəssisədə toyuq yetşdirilməsi üçün 9000 kv.m. sahəsi olan 8 ferma fəaliyyət göstərir. Müəssisənin ətlik toyuq yetişdirilməsi sahələrində istehsal gücü 123 000 (45 gün) ədəd cücədir. Fermalar ən müasir texnoloji avadanlıqlarla təchiz edilmişdir. Cücələrin yetişdirilməsində keyfiyyətli yem məhsullarından istifadə olunur.

Müəssisənin kəsim üzrə istehsalat sahəsində isə toyuqların kəsimi və qablaşdırılması həyata keçirilir. Kəsim gücü saatda 1500 baş ətlik toyuqdur.Bu məhsullar keyfiyyətinə, ləzzətinə, dadına, ekoloji cəhətdən təmiz və təhlükəsiz olmasına görə ilk gündən alıcıların rəğbətini və etibarını qazanmışdır. Yüksək nəticələr əldə olunması üçün quşların saxlanılması üzrə təlimatlara, veterinar-sanitar və texnoloji tələblərə ciddi riayət olunur, istehsal texnologiyaları daim yeniləşdirilir, məhsulun keyfiyyətinə beynəlxalq nəzarət sitemlərinin tətbiqi üzrə işlər aparılır.
Davamlı şəkildə yeni texnologiyalara və insan resurslarına sərmayə qoyan “Ləzzət Broyler” hər zaman keyfiyyətə üstünlük verərək bazar payının artmasına, rəqabətə davamlı məhsul istehsalı ilə digər istehsalçılardan öndə olmağa çalışır.

Yerli məhsulların istehsalına ciddi önəm verən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyət 2011 – ci ildə daha bir istehsal sahəsini – broyler toyuqlarının yetişdirilməsi və kəsimini yaradaraq “Ləzzət Broyler” MMC – ni təsis etdi.

“Ləzzət Broyler” MMC Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Mütəşəkkil istehsal prossesinə malik bu müasir müəssisədə “Ləzzət Broyler” markası altında mövcud bazar təlabatına uyğun olaraq toyuq əti tabaqda, toyuq əti poşetdə, sinə sümüklü, sinə sümüksüz, qanad, bütün bud sümüklü, bütün bud sümüksüz, bel tirəsi, kürək əti, doğranmış sinə əti, sinə əti şişdə, şorbalıq, mədəcik, ciyər ürək və qarışıq içalat kimi məhsullar istehsal edilir. Müəssisədə toyuq yetşdirilməsi üçün 9000 kv.m. sahəsi olan 8 ferma fəaliyyət göstərir. Müəssisənin ətlik toyuq yetişdirilməsi sahələrində istehsal gücü 123 000 (45 gün) ədəd cücədir. Fermalar ən müasir texnoloji avadanlıqlarla təchiz edilmişdir. Cücələrin yetişdirilməsində keyfiyyətli yem məhsullarından istifadə olunur.

Müəssisənin kəsim üzrə istehsalat sahəsində isə toyuqların kəsimi və qablaşdırılması həyata keçirilir. Kəsim gücü saatda 1500 baş ətlik toyuqdur. Burada qablaşdırımış məhsullar müəssisə daxilində tikilmiş xususi soyuducu kameralarda dərin dondurularaq (-40°C -45°C ) mühafizə üçün (-18 °C) soyuducu kameralara alınır.

Bu məhsullar keyfiyyətinə, ləzzətinə, dadına, ekoloji cəhətdən təmiz və təhlükəsiz olmasına görə ilk gündən alıcıların rəğbətini və etibarını qazanmışdır. Yüksək nəticələr əldə olunması üçün quşların saxlanılması üzrə təlimatlara, veterinar-sanitar və texnoloji tələblərə ciddi riayət olunur, istehsal texnologiyaları daim yeniləşdirilir, məhsulun keyfiyyətinə beynəlxalq nəzarət sitemlərinin tətbiqi üzrə işlər aparılır.

Davamlı şəkildə yeni texnologiyalara və insan resurslarına sərmayə qoyan “Ləəzzət Broyler” hər zaman keyfiyyətə üstünlük verərək bazar payının artmasına, rəqabətə davamlı məhsul istehsalı ilə digər istehsalçılardan öndə olmağa çalışır.