“Ləzzət Broyler” MMC Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Müəssisədə toyuq yetşdirilməsi üçün 9000 kv.m. sahəsi olan 8 ferma fəaliyyət göstərir. Müəssisənin ətlik toyuq yetişdirilməsi sahələrində istehsal gücü 123 000 (45 gün) ədəd cücədir. Yüksək nəticələr əldə olunması üçün quşların saxlanılması üzrə təlimatlara, veterinar-sanitar və texnoloji tələblərə ciddi riayət olunur, istehsal texnologiyaları daim yeniləşdirilir.
Müəssisənin kəsim üzrə istehsalat sahəsində isə toyuqların kəsimi və qablaşdırılması həyata keçirilir. Kəsim gücü saatda 1500 baş ətlik toyuqdur. Burada qablaşdırımış məhsullar müəssisə daxilində tikilmiş xususi soyuducu kameralarda dərin dondurularaq (-40°C -45°C) mühafizə üçün (-18 °C) soyuducu kameralara alınır.
Bu məhsullar keyfiyyətinə, ləzzətinə, dadına, ekoloji cəhətdən təmiz və təhlükəsiz olmasına görə ilk gündən alıcıların rəğbətini və etibarını qazanmışdır. Müəssisədə texnoloji tələblərə ciddi riayət olunur, istehsal texnologiyaları daim yeniləşdirilir, məhsulun keyfiyyətinə beynəlxalq nəzarət sitemlərinin tətbiqi üzrə işlər aparılır.
Davamlı şəkildə yeni texnologiyalara və insan resurslarına sərmayə qoyan “Ləzzət Broyler” MMC hər zaman keyfiyyətə üstünlük verərək bazar payının artmasına, rəqabətə davamlı məhsul istehsalı ilə digər istehsalçılardan öndə olmağa çalışır.








